Hesabın silinməsi
Cebix hesabını və məlumatlarını necə silmək olar.
1. Tətbiqdən silmək
Cebix tətbiqini aç, aşağıda Profil bölməsinə keç və Hesabı sil düyməsini seç. Təsdiq üçün şifrəni yaz və Bəli, sil düyməsini bas. Hesab dərhal silinir.
2. Tətbiqə girə bilmirsənsə
Hesabına bağlı e-poçtdan [email protected] ünvanına "Hesabımı silin" mövzusu ilə yaz. Sorğunun səndən gəldiyini yoxlayırıq və hesabı 30 gün ərzində silirik, sonra sənə cavab yazırıq.
3. Nə silinir
Adın, soyadın, e-poçtun, universitetin, profil şəklin (selfi), tələbə kartının şəkli, şifrən, coin-lərin və bildirişlərin. Dəstəyə yazdığın mesajlardan adın və e-poçtun çıxarılır.
4. Nə qalır
Mağazaların satış qeydləri (tarix, məbləğ, endirim) — onların hesabatı üçün. Bu qeydlərdə səni tanıdan heç nə qalmır: ad, e-poçt və şəkil onlardan çıxarılır. Qanunla saxlanması tələb olunan qeydlər qanunun göstərdiyi müddətə qədər saxlanılır.
5. Hesabı silmədən
Yalnız bəzi məlumatlarının silinməsini (məsələn, profil şəklini) və ya surətini istəyirsənsə, [email protected] ünvanına yaz.
