Cookie siyasəti
Qısası: cebix.app özü heç bir cookie qoymur.
1. Cookie nədir
Cookie sayt açılanda brauzerində saxlanan kiçik fayldır. Adətən girişi yadda saxlamaq, statistika toplamaq və ya reklam göstərmək üçün istifadə olunur.
2. Saytımız nə istifadə edir
cebix.app-da hesaba giriş yoxdur, ona görə sessiya cookie-si də yoxdur. Reklam və sosial şəbəkə izləyiciləri, eləcə də Google Analytics kimi analitika istifadə etmirik; ziyarət sayını Cloudflare-in cookie qoymayan statistikası ilə görürük. Çatbot söhbəti yalnız bu brauzer tabında (sessionStorage) saxlanılır və tab bağlananda silinir. Dil ünvandan seçilir (/, /en, /ru) və cookie tələb etmir. Şriftlər və şəkillər Cebix-in öz serverlərindən yüklənir.
3. Cloudflare
Sayt Cloudflare vasitəsilə işləyir. Cloudflare botları və hücumları ayırd etmək üçün zəruri təhlükəsizlik cookie-ləri qoya bilər (məs. __cf_bm, cf_clearance). Onlar səni izləmir, reklam üçün istifadə olunmur və qısa müddətdən sonra silinir.
4. Seçim
Yalnız zəruri cookie-lər olduğu üçün razılıq pəncərəsi göstərmirik. Brauzerinin ayarlarından cookie-ləri silə və ya bloklaya bilərsən; bu, saytın işinə təsir etməməlidir.
5. Dəyişikliklər
Gələcəkdə yeni cookie əlavə etsək, bu səhifəni yeniləyəcəyik və lazım olsa, əvvəlcə razılığını soruşacağıq. Suallar üçün: [email protected]