Haqqımızda

Sən oxu, endirimi biz tapaq.

Cebix Azərbaycanda tələbələr üçün pulsuz endirim tətbiqidir. Yaxınlıqdakı kafe, kitab mağazası, idman zalı və digər yerlərin tələbə endirimlərini bir yerdə yığırıq.

Niyə Cebix?

Tələbə endirimi çox yerdə var, amma harada olduğunu tapmaq çətindir: hər yerin öz qaydası var, çoxu heç yerdə yazılmayıb. Cebix-i ona görə qurduq ki, tələbə hər dəfə soruşmadan, axtarmadan endirimi bir yerdə tapsın və təqaüdü ayın sonuna çatsın.

Necə işləyir?

Tələbə olduğunu bir dəfə təsdiqləyirsən, kassada tətbiqdəki QR-ı göstərirsən, kassir onu oxuyur və tələbə qiyməti tətbiq olunur. Cebix tələbələr üçün həmişə pulsuzdur: endirimi mağaza verir, biz tələbədən pul almırıq.

Ətraflı: tələbə endirimi necə alınır

Yaradıcı

Vasif Hümmətov — Cebix-in yaradıcısı

Salam, mən Vasif Hümmətovam, Cebix-in yaradıcısı. Sualın, təklifin və ya mağazanı qoşmaq istəyin varsa, birbaşa mənə yaz və ya zəng et.

Əlaqə

Biznesini qoşmaq istəyirsənsə, “Biznes üçün” bölməsindəki formanı doldur.

Tətbiq nə vaxt çıxır?

Cebix tətbiqi hazırlanır. E-poçtunu yaz, çıxan gün bir məktubla xəbər verək. Spam yoxdur.

Bu forma reCAPTCHA ilə qorunur: Google-un Məxfilik siyasəti və Xidmət şərtləri tətbiq olunur.

  • Pulsuz
  • Abunə yoxdur
  • Spam yoxdur