Bələdçi

Bakıda tələbə endirimi: harada və necə almaq olar

Tələbəsənsə, Bakıda çox yerdə daha ucuz ödəyə bilərsən: kafedə, kitab mağazasında, idman zalında, oyun klubunda. Bu səhifədə tələbə endiriminin necə işlədiyini, harada axtarmağı və Cebix-in bunu necə asanlaşdırdığını yığmışıq.

Tələbə endirimi nədir?

Tələbə endirimi mağaza, kafe və ya xidmətin tələbələrə verdiyi xüsusi qiymətdir. Adətən 10–30% olur, bəzən hədiyyə məhsul və ya xüsusi tələbə menyusu şəklində.

Problem odur ki, hər yerin öz qaydası var: biri tələbə bileti istəyir, biri yalnız həftə içi endirim edir, birinin endirimi isə heç yerdə yazılmayıb. Ona görə “telebe endirimi” axtaranların çoxu harada endirim olduğunu tapa bilmir.

Bakıda harada tələbə endirimi olur?

Ən çox tələbənin hər gün pul xərclədiyi yerlərdə:

  • Restoran və kafeKofe, nahar, şirniyyat
  • KitabDərslik, bədii ədəbiyyat, dəftərxana
  • İdmanZal, fitnes, hovuz, rəqs
  • OyunKompüter klubu, PlayStation, quest
  • GeyimGeyim, ayaqqabı, çanta
  • GözəllikBərbər, salon, manikür
  • ƏyləncəKino, teatr, konsert, bouling
  • TexnikaTelefon, noutbuk, təmir
  • ÇapÇap, surət, cildləmə
  • AksesuarAksesuar, ətir, qulaqlıq
  • SağlamlıqOptika, stomatologiya, aptek
  • SəyahətHostel, tur, bilet

Cebix-də bu 12 kateqoriya var. Yerləri xəritədə görür, endirimli qiyməti getməzdən əvvəl bilirsən.

Tələbə endirimi necə alınır: 3 addım

Cebix ilə plastik kart, kupon və promokod lazım deyil:

  1. 1
    Tələbə olduğunu bir dəfə təsdiqlə.

    Qeydiyyatda tələbə kartının şəklini və selfi göndərirsən, təsdiqdən sonra rəqəmsal tələbə ID-n hazır olur.

  2. 2
    Yaxınlıqdakı yeri seç.

    Siyahıda və xəritədə nə endirimdədir, neçəyədir və nə qədər uzaqdadır, görürsən.

  3. 3
    Kassada QR-ı göstər.

    Kassir QR-ı oxuyur, endirim çekdən çıxılır. Ödənişi həmişəki kimi edirsən.

Ətraflı: Tələbə endirimi necə işləyir

Pulsuzdur?

Bəli. Tələbələr üçün Cebix pulsuzdur: abunə, aylıq haqq və bank kartı yoxdur. Endirimi mağaza verir, biz səndən pul almırıq. Üstəlik hər endirimdə coin qazanırsan.

Tələbə endirimi haqqında suallar

Tələbə endirimi üçün nə lazımdır?

Tələbə olduğunu təsdiqləmək. Cebix-də bunu bir dəfə edirsən: tələbə kartının şəklini və selfi göndərirsən, sonra hər yerdə telefonundakı QR kifayətdir.

Kimlər istifadə edə bilər?

Azərbaycandakı ali təhsil müəssisələrinin aktiv tələbələri. Status tələbə kartının şəkli və selfi ilə təsdiqlənir.

Endirim necə tətbiq olunur?

Kassada. Kassir QR-ı oxuyur, endirim çekin məbləğindən çıxılır, qalanını həmişəki kimi ödəyirsən.

QR-ın ekran şəkli ilə endirim almaq olar?

Xeyr. QR hər 30 saniyədə yenilənir və bir dəfə işləyir, ona görə ekran şəkli və ya başqasının QR-ı keçmir.

Biznesimi Cebix-ə necə qoşum?

Ana səhifədəki “Biznes üçün” formunu doldur, sizinlə əlaqə saxlayaq. Ayrıca avadanlıq lazım deyil: kassada bir telefon kifayətdir.

Tətbiq nə vaxt çıxır?

Cebix tətbiqi hazırlanır. E-poçtunu yaz, çıxan gün bir məktubla xəbər verək. Spam yoxdur.

  • Pulsuz
  • Abunə yoxdur
  • Spam yoxdur